Məktəb üçün bullet journal
- SEVİNC
- Sep 10, 2018
- 1 min read
Bu dəfə biz məktəb üçün bullet journal hazırlayacağıq. Gəlin başlayaq.
1. Blatnok
İstədiyinizi seçə bilərsiniz. İstər spirallı dəftər, istər adi, istər A4, istərsə də A5.

Mən isə A4 spirallı dəftərimdən istifadə edəcəyəm.
2. Baş səhifə
Bu səhifədə siz bütün təxəyyülünüzdən istifadə etməli olacaqsınız. İstənilən şəkildə dizayn edə və əlavələr edə bilərsiniz. İstər sadə, istərsə də bəri-bəzəkli.

3.Cib və zərflər
Bunlar içinə istənilən kağız, karton və s. qoymaq üçün idealdır. Bunları qapaq kartona yapışdıraraq oranı lazımlı hala çevirmək və ya xüsusi səhifə ayırıb ora cib düzəltmək və ya zərf yapışdırmaq olar.
4. Əlfəcin
Bloknotların bəzən əlfəcinləri olur. Bundan əlavə, məktəbli mağazalarında xüsusi dalı yapışqanlı və ya maqnitli kiçik əlfəcinlərdən satılır. Amma özümüz də yun ip, qayçı və muncuqla (muncuq olmasa da olar) sadə əlfəcin hazırlaya bilərik.
Ardı var...
Mənimki hazırdır. Bəs sizinki?
Comments