top of page

Dostluq haqqında inşalar

ƏSL DOST

Əsl Dost” insanın hər dərdinə əlacdır. Amma dostu yoldaşlıq ilə birgə götürmək olmaz. Çünki yoldaşlıqla dostluğun arasında çox fərq var. Lakin bu heç də  bizim yoldaşlarımıza inanmamaq və onlara yardım göstərməmək mənasına gəlmir.

  Əlbəttə ki, yoldaş dedikdə sinif yoldaşı da nəzərdə tutulur. Əgər sinif yoldaşın xəstələndiyi üçün tez-tez dərs buraxırsa, onda o, mütləq sənin köməyinə ehtiyac duyacaqdır. Sən isə ondan köməyini əsirgəməməlisən.    

  Belə bir yoldaşın varsa sən ona necə kömək edə bilərsən?

  Məncə sən onun evinə onu görməyə gedə bilərsən. Sağaldıqdan sonra isə ona,  iştirak etmədiyi dərslərdə keçdiklərinizi başa sala bilərsən. Hətta dərslər bitdikdən sonra onunla birlikdə müqaviməti gücləndirə biləcək amillər tapmağa çalış. Çünki, müqavimət güclü olarsa insan daha nadir hallarda xəstələnər. Bununla sən ona daha çox xeyir verə bilərsən.

DOSTLUQ

İnsan dünyaya göz açandan bəri köməyə ehtiyac duyur. Uşaq vaxtı ona ailəsi bu yardımı göstərir. Amma böyüyəndə bu problemləri özü həll etməli olur. Buna görə də çətinlik çəkir.

        Dost isə bu cür çətin anlarda bizə kömək edə bilcək ən möhkəm dayaqlarımızdan biridir. Dost insanın güzgüsü kimidir. Güzgü insanı özündə əks etdirib ona öz eyiblərini söylədiyi kimi, dost da eyni ilə insana öz eyiblərini deyir. O sənin dar günündə də, yaxşı xyir günündə də yanında olur.

       Ancaq yadda saxlamaq lazımdır ki, onun bizə kömək etdiyi kimi, biz də ona kömək etməliyik. Yəni, dostluq təmənnasız olmalıdır. Vaxtı gələndə biz də ona kömək etməliyik.Dost dünyadakı ən gözəl mənanı bildirir. Sadəcə əsl dostu qazanmaq və onu düzgün seçmək, ona sadiq qalmaq lazımdır

bottom of page