top of page

Din haqqında inşalar
Şükr etməyi bacarırıqmı?
Şükr etmək - Allahın bizə verdiyi ruzilərin fərqinə vararaq Ona minnətdarlığımızı bildirməkdir. Şükr etmək də bir ibadətdir və digərləri kimi, bunu heç kəs bizə məcbur edə bilməz. Bu halda, biz olduğumuz şəraitdən asılı olmayaraq, şükr etmənin vacib və lazımlı olduğunu dərk etməliyik. Şükr etməyi hər insan bacarmır. Şükr etməyi bacaran insanlar, əlindəkilərin dəyərini bilən insanlardır. Bu ibadəti yerinə yetirdikdə bizim ruhumuz təmizlənir. Əslində, şükr etməyimizə başqa bir səbəb bizdən aşağıdakıları görərək özümüzün halına sevinmək, onlara kömək edərək öz səviyyəmizə çatdırmaq və özümüzü daha yuxarı aparmaqdır.
bottom of page