Bullet journal
- SEVİNC
- Jun 30, 2018
- 1 min read
Gəlin bu barədə bir az daha məlumat alaq. Keçən dəfə dediyim kimi bir ayın planını birlikdə hazırlayacaqdıq. Amma əvvəlcə bəzi əsas yerlərə baxaq.

Key - açar deməkdir. Bizə burada işlədəcəyimiz bəzi simvolların mənasını verir. Məsələn, əgər hər hansı bir taqşırığımız varsa, bunu key'dəki həmin simvolla başlayıb ardınca tapşırığı sözlərlə ifadə edirik.
İndi İyul ayına keçək.

Bu bizim başlığımız idi. Mən bu ayı "köpüklü" şəkildə bəzədim. Təqvimi yazdıq və vacib günləri, o cümlədən ad günlərini də burada qeyd edə bilərik.

Bu səhifədə isə bütün ay üzrə olan planlarımızı bir səhifədən idarə edə bilərik.

Bu cədvəl vasitəsilə hər gün hansı hissləri yaşadığımızı qeyd edəcək və bu ayın bizim üçün yaxşı yaxud pis keçdiyini öyrənmiş olacağıq.
Beləliklə, biz həftəlik plana keçirik. Bu, istəyə və işlətməyə görə dəyişir və müxtəlif cədvəllərdən ibarət olur. Mən bir neçəsini keçən dəfə göstərdim. İndi isə sizə iyul ayının həftəliklərini göstərim:

Və qeyd etməliyəm ki mənim kimi ayla eyni rəngdə və mövzuda etmək vacib deyil.
Mənə öz hazırladıqlarınızı göstərsəniz sevinərəm.
Comentarios