Plan?
- SEVİNC
- May 16, 2018
- 1 min read
Əgər yadınıza gəlirsə, bundan əvvəlki şərhimdə dəftərlə həyatımızı planlamaqdan qısaca söz açmışdım. İndi isə bunlar barədə bir az daha ətraflı məlumat verəcəyəm. Əgər gününüzü düzgün bölüşdürə bilmirsinizsə, bu faydalı dəftərlərdən istifadə etməyiniz məqsədəuyğundur. Bundan sonra biz bu "dəftər" i planlayıcı və ya bullet journal adlandıracağıq.

BULLET JOURNAL ilə başlayaq. Bu proqram sizə heç nəyi unutdurmayacaq : gündəlik və aylıq edəcəklərinizi, planlarınızı, görüşmələrinizi və s. Burada aylıq olaraq hislərinizi, məqsədlərinizi və s. izləyə bilərsiniz.

Bu üsul, adətən, böyük rəsm qabiliyyətinə və ya çox bəzək xoşlanmayanlar tərəfindən işlənir.
Sizə nümunə olaraq özümün istifadə etdiyim bir neçə boş səhifəni göstərə bilərəm :

Aylıq. Burada ayda olacaq tədbirlətimizi, sınaqları, qonaqlıqları müəyyən xanalarda qeyd edə bilərik.



Həftəlik. Bu səhifələrdə günbəgünkü işlərimizi, tapşırıqlarımızı yaza bilər və istəyə görə günlük xatirələrimizi də yaza bilərik.

Əlbəttə ki, yalnız bu cür dizayn yoxdur. Özünüzə uyğun olaraq bəzəyə bilərsiniz.
Belə umuram ki, hamınıza yararlı olar. Və əgər istəyirsinizsə, gələn ayı birlikdə hazırlaya bilərik.
Commenti