Daha yaxşı dərs oxumaq
- SEVİNC
- May 1, 2018
- 1 min read
Dərslərimizə yaxşı hazırlaşmaq üçün nə qədər vaxt tələb olunur? Vaxtımızı bunun üçün necə bölüşdürə bilərik? Bu sualların cavabını mən sizə geniş şəkildə izah edə bilərəm.
Yaxşı dərs oxumaq üçün bir neçə yararlı məsləhəti sizinlə bölüşəcəyəm.
1. Yazı masanız və ya iş masanız bu iş prosesində həmişə səliqəli olmalıdır və üzərində diqqətinizi yayındıracaq lazımsız əşyalar olmamalıdır.

2. Başlamazdan əvvəl iş zamanı istəyəcəyiniz bir stəkan çay və ya qəhvəni hazırlayın. Bu, sizin iş zamanı "bir stəkan çay olsaydı, pis olmazdı" kimi fikirlərinizi başınızdan atacaq.
3. Yəqin ki, əgər YouTube'də çox olrsunuzsa həyatınızı planlamağınızı asanlaşdıracaq dəftər və blotnokları görmüsünüz. Burada isə adi dəftər bizə ağlımıza birdən gələn fikirləri ağlımızdan atmağımız üçün və hansı gün, hansı dərsləri və nə qədər oxuyacağımızı müəyyənləşdirməyimiz üçün lazım olacaq. Artıq vaxtımız qalarsa, əlavə işləri də davam etdirə bilərik.

4. İş zamanı telefon, televiziya və digər vasitələrdən uzaq durmaq lazımdır. Çünki, siz dərs zamanı yorulursunuz. Bunlar isə sizin beyninizi bir az daha yoracaqdır.
5. Dərsinizi oxuyanda mahnıya qulaq asmaq xoşunuza gəlsə də, fikrinizi yayındırır və işləriniz düz gəlmir.
6. Summativlərə bir gün qalmış hazırlaşmağa başlamayın.
Belə fikirləşirəm ki, verdiyim məlumatlar sizə kömək edə biləcək. Hamınıza uğurlar!
Comments