top of page
Məntiqi məsələlər
  1. Üçrəqəmli ədədin 7-lə hasili 638 ilə qurtarır. Bu üçrəqəmli ədədi tapın. (234)

  2. Müəyyən ayda 3 bazar günü cüt saylara düşür Həmin ayın 20-si həftənin hansı günüdür? (cümə axşamı)

  3. Abc rəqəmləri müxtəlif olan 3 rəqəmli ədəd və ab=a+b+c olarsa, belə üçrəqəmli ədədlərdən ən kiçiyi və ən böyüyünü tapın. (298)

  4. Üç xadimə  məktəb binasını 8 saata süpürə bilər. 4 xadimə bu binanı neçə saata süpürə bilər? (6 saata)

  5. Cəmi 242 olan 2 ədədin böyüyünü kiçiyinə böldükdə natamam qismət 4, qalıq 22 alınır. Bu ədədləri tapın. (198 və 44)

  6. Motorlu qayıq çayın axını ilə 90 km, çayın axınına qarşı 84 km yol getmişdir. Qayığın öz sürəti 15 km/saat, çayın axma sürəti 3 km/saat olarsa, qayıq bütün yolu neçə saata getmişdir? (12 saata)

  7. Rəqəmləri hasili 135-ə bərabər olan üçrəqəmli ədədin rəqəmləri cəmini tapın. (17)

  8. 1111:101=m olarsa,

3333:101+6666:3333 ifadəsini m-lə ifadə edin. (3m+2)

     9. 9 eyni kitabın qiyməti 10 manatdan az, 10 belə kitabın qiyməti isə 11 manatdan çoxdur. Bir kitabın qiyməti neçəyədir?

      10.7 ardıcıl natural ədəddən ilk 3-nün cəmi 33-ə bərabərdir. Bu ədədlərdən son 3-nün cəmini tapın.

       11.Qələm və albomun birlikdə qiyməti 32 manat, 5 qələm və 2 albomun birlikdə qiyməti isə 100 manatdır. 1 albomun qiyməti nə qədərdir? (20 manat)

        12.3 ardıcıl tək natural ədədin hasili 315-ə bərabərdir. Bu ədədlərin cəmini tapın. (21)

        13.İkirəqəmli ədədin təkliklər mərtəbəsindəki rəqəm onun onluqlar mərtəbəsindəki rəqəmin 8/3 hissəsinə bərabərdir. Təkliklər mərtəbəsindəki rəqəm hansıdır? (3)

        14.Kitabın səhifələrini nömrələmək üçün 2454 rəqəm lazım oldu. Kitabın neçə səhifəsi var? (944)

         15.4 natural ədədin hər biri 4-dən böyük, lakin 9-dan kiçikdir. Bu ədədlərin cəminin ən böyük qiymətini tapın. (32)

         16.Məlumdur ki, p-2=q+2=x-3=y+4

p, q, x, y, ədədlərindən ən kiçiyi hansıdır? (y)

         17.2 ədədin fərqi azalandan 17 vahid az, çıxılandan isə 9 vahid çoxdur. Bu fərq nəyə bərabərdir? (9)

         18.2000 natural ədəddən cüt olanların cəmi tək olanların cəmindən nə qədər çoxdtur? (1000)

         19. 7 adam öz fotoşəkillərini bir-biri ilə dəyişdi. Bu zaman neçə fotoşəkil paylandı? (21)

         20.Fərqi 50 olan ikirəqəmli ədədlər cütlüyünün sayını tapın. (40)

         21.Kamil bir neçə natural ədədi topladı və onların ədədi ortasını tapdı. Onların cəmi 50, ədədi ortası 10 oldu. Kamil neçə ədəd toplamışdı? (5)

         22.3 ardıcıl natural ədədin cəmi 99-dur. Birinci ədədin rəqəmlərinin hasilini tapın. (6)

         23.Baba bağdan anbara qozla dolu 108 kisə daşımalı idi. O, nəvələrini köməyə çağırdı.

bottom of page